Ana Bölmə
Foto Blog
Haqqımızda

OSKAR XARİCDƏ TƏHSİL MƏRKƏZİ
OSKAR, Xaricdə Təhsil sahəsində müxtəlif xidmətlərə sahib və dünyanın bir sıra təhsil/mübadilə şirkətlərinin Azərbaycanda ən etibarlı nümayəndəsidir.
Mərkəz, həyata keçirdiyi bu proqramlar ilə gənclərin təhsil imkanlarının genişləndirilməsi, maarifləndirmə, ingilis həmçinin digər xarici dil biliklərinin real şəraitdə təkmilləşdirilməsi, dünyagörüşünün artırılması, beynəlxalq təcrübə və mədəniyyətlərarası mübadilə istiqamətində ardıcıl və məqsədyönlü işlər görməkdədir. Tam əminliklə söyləmək olar ki, ötən beş il ərzində yüzlərcə azərbaycanlı gənc təşkil etdiyimiz müxtəlif proqramlarda iştirak edərək xaricdə yüksək səviyyəli təhsil və iş təcrübəsindən keçmişdir.
Oskarın üstünlüklərindən biri də, dünyanın bir sıra təhsil mərkəzlərinin Azərbaycanda etibarlı nümayəndəsi olmasıdır. CIEE, ELS Language Centers, MLS-College, StudyGroup, LSI, EC English, ILSC, University of California – Riverside kimi bir sıra nüfuzlu şirkətlərin etibarını qazanmış olan Oskar, hər zaman müştəri-tələbə məmnuniyyətinə dəyər verir..
İctimaiyyətlə əlaqələr sahəsində yeni layihələr üzərində işləyən Oskar, dövlət və özəl müəssisələr, təhsil mərkəzləri, universitetlər və məktəblər, dil kursları, turizm şirkətləri kimi qurumlarla əməkdaşlıq çərçivəsində birgə fəaliyyətlərə yüksək qiymətləndirir. Tələbə təşkilatları, ictimai birliklər ilə birgə layihələrin keçirilməsinə davam edir.
“Oskar Xaricdə Təhsil Mərkəzi” nin təklif etdiyi proqramlar:
· Xaricdə Təhsil – bakalavr, magistr, aspirantura
· Xaricdə yay və qış düşərgələri
· Work and Travel ABŞ, mədəniyyətlər arası tələbə mübadilə proqramı
· Xaricdə dil kursları – ingilis, fransız, alman, ispan, italyan və s.
· Daxildə dil kursları – ingilis, rus, TOEFL/İELTS
· İnternship – xaricdə təcrübə proqramı
· “İmtahansız Xaricdə Ali Təhsil” layihəsi
· TOEFL / İELTS hazırlıq kursları, xaricdə və daxildə
· Sertifikat/Diplom proqramları, management, marketing, public relations
Cəfər Cabbarlı 44, Caspian Plaza 1/8
(+99412 ) 4188284
(+99412 ) 5965638
Son Xeberler
05-06-2010
“İxtisas
Kurslarının” tədrisinə başlayır! |
01-06-2010
6 İyun 2010-ci ildə Conversation Club OSKAR-da |
03-06-2010
|
31-05-2010
“İXAT
– İmtahansız Xaricdə Ali Təhsil” proqramı haqqında təqdimatı keçirildi. |
05-06-2010
Banner Bölməsi