Ana Bölmə
Foto Blog
Dövlət Proqramı

Qloballaşma proseslərinin fəal iştirakçısı olan Azərbaycan Respublikasında iqtisadiyyatın dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi öz növbəsində yeni tipli iqtisadçı kadrlar hazırlanmasına tələbat yaratmışdır. Biliklərə əsaslanan iqtisadiyyata transformasiya yolunda aparılan işlər informasiya cəmiyyətinin tələblərinə uyğun yüksək hazırlığa malik mütəxəssislərə ehtiyacı artırmışdır. İnformasiya cəmiyyəti üzrə ümumdünya sammitində ölkənin "qara qızıl"ının insan potensialının gücləndirilməsinə yönəldilməsi ilə bağlı Azərbaycanın qaldırdığı problem informasiya texnologiyaları və innovasiya sektorunda kadr hazırlığı işinin təkmilləşdirilməsini vacib etmişdir.
Azərbaycanda elm və təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzində formalaşmışdır. 1970-1980-ci illərdə SSRİ-nin müxtəlif ali məktəblərinə gənclərin kütləvi şəkildə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan vermişdir. Bununla belə 1990-cı illərdən sonra müəyyən obyektiv və subyektiv amillər nəticəsində bir sıra sahələrdə çalışanların dünyada baş verən müasir proseslərlə ayaqlaşa bilməməsi reallığa çevrilmişdir.
Təəssüf ki, fundamental elmlərin kadr təminatı
problemləri ilə yanaşı, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin
zəngin irsinə dair araşdırmaların azərbaycançılıq məfkurəsi çərçivəsində
aparılması üçün mövcud kadr potensialı kifayət qədər deyildir. Dünyanın müxtəlif
kitabxanalarında, arxivlərində və əlyazma fondlarında saxlanılan milli-mədəni
sərvətlərimizin üzə çıxarılaraq tədqiq olunması aktuallıq kəsb etsə də, müvafiq
hazırlığa malik kadrların çatışmazlığı hiss olunur. Bu gün Azərbaycanın ali
təhsil müəssisələrinin imkanlarının məhdudluğu elm və təhsilimizin əsaslı
problemlərinin həlli işinin tam həcmdə həyata keçirilməsini çətinləşdirir.
Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi Azərbaycan elmi, təhsili və
mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunmuşdur. Elm və təhsil
sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu
proseslərin dövlət sazişləri çərçivəsində yalnız bir qismi tənzimlənir. Lakin
müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik,
informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır.
Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil
ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır,
xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına
yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı
mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir.
Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında ölkə daxilində və xaricində müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemlərində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin və mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsin qoyur.
Bütün bunlar Azərbaycanda dövlət qurumlarının işinin təkmiltiny_mce_markerəşdirilməsi, iqtisadiyyatın yeni yüksək səviyyəyə qaldırılması, ölkənin elm və təhsil potensialının zənginləşdirilməsi naminə dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında mütəxəssis hazırlanması zərurətini meydana gətirmişdir.
Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır. Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda (bundan sonra Dövlət Proqramı) istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur
Son Xeberler
05-06-2010
“İxtisas
Kurslarının” tədrisinə başlayır! |
01-06-2010
6 İyun 2010-ci ildə Conversation Club OSKAR-da |
03-06-2010
|
31-05-2010
“İXAT
– İmtahansız Xaricdə Ali Təhsil” proqramı haqqında təqdimatı keçirildi. |
05-06-2010
Dövlət Proqramı
Təhsil istiqamətləri
İştirak Qaydaları
Normativ hüququ sənədlər
Daxil Olma Qaydaları